Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Ağdaşda əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri müzakirə olunub

Ağdaşda əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri müzakirə olunub


Bu gün, 15:46


Ağdaş rayonunda əməyin mühafizəsi və texniki təhlükəsizliyin təmin olunması məsələləri müzakirə edilib.

Şəffaflıq.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının birgə təşkilatçılığı ilə Ağdaş rayonunda "Əməyin mühafizəsi, texniki təhlükəsizlik, fövqəladə hallara hazırlıq və risklərin idarə olunması" mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Xidmətin tabeliyindəki "Əməyin Mühafizəsi Mərkəzi" publik hüquqi şəxs və Ağdaş Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, həmçinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK), sahibkarlıq subyektlərinin nümayəndələri, eləcə də SƏTƏMM üzrə mütəxəssislər iştirak edib.

Dəyirmi masada Ağdaş rayonunda fəaliyyət göstərən sahibkarların texniki təhlükəsizlik, eyni zamanda, əməyin mühafizəsi sahəsində qarşılaşdıqları problemlərlə bağlı fikir mübadiləsi aparılıb, fövqəladə hallara hazırlıq və risklərin idarə olunmasına dair məsələlər müzakirə edilib. Tədbirdə əməyin mühafizəsi və təhlükəsiz iş mühitinin yaradılması, texniki təhlükəsizlik tələblərinə riayət edilməsi, istehsalat və xidmət sahələrində risklərin idarə olunması, fövqəladə hallara hazırlıq, yanğın təhlükəsizliyi və ilkin davranış qaydaları barədə məlumat verilib.

Həmçinin AZS ISO 45001:2021 "Əmək sağlamlığı və təhlükəsizliyinin idarə edilməsi sistemi. İstifadə üzrə izahlı tələblər" dövlət standartının müəssisələrdə tətbiqi, "Vision Zero" modelinin təşviqi, sahibkarların qanunvericilikdən irəli gələn öhdəlikləri və preventiv tədbirlərin gücləndirilməsi məsələləri diqqətə çatdırılıb.


Geri qayıt