Əsas Səhifə > SİYASƏT > Ceyhun Bayramov İƏT-in yeni Baş katibini Azərbaycana səfərə dəvət edib
Ceyhun Bayramov İƏT-in yeni Baş katibini Azərbaycana səfərə dəvət edibBu gün, 15:45 |
|
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsmayıl uld Şeyx Ahmedi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi vəzifəsinə seçilməsi münasibətilə təbrik edib və onu Azərbaycana səfərə dəvət edib. Şəffaflıq.az İƏT-in "X" sosial şəbəkəsindəki paylaşıma istinadən xəbər verir ki, bu barədə C.Bayramovun yeni baş katibə təbrik məktubunda bildirilib. "Ceyhun Bayramov həmçinin əminliyini bildirib ki, baş katibin rəhbərliyi altında və onun geniş diplomatik və beynəlxalq təcrübəsi sayəsində İƏT öz məqsədlərinə çatmağa, üzv dövlətlər arasında birliyi, həmrəyliyi və əməkdaşlığı möhkəmləndirməyə, eləcə də müsəlman dünyasının qarşısında duran ümumi problemləri həll etməyə davam edəcək", - məlumatda bildirilib. Nazir qeyd edib ki, Bakı İƏT-in Baş Katibliyi ilə səmərəli əməkdaşlığı, təşkilatın ölkənin təşəbbüslərinə göstərdiyi dəyişməz dəstəyi, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dair məsələlərdəki prinsipial mövqeyini yüksək qiymətləndirir. Geri qayıt |