Əsas Səhifə > İdman > Bakıda kamandan oxatma üzrə şəhər çempionatı keçiriləcək
Bakıda kamandan oxatma üzrə şəhər çempionatı keçiriləcəkBu gün, 13:05 |
|
Bakıda Azərbaycan Kamandan Oxatma Federasiyası (AKOF) və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə kamandan oxatma üzrə paytaxt çempionatı keçiriləcək. Bu barədə AKOF-un mətbuat xidmətindən məlumat verilib. Hövsan Olimpiya İdman Kompleksinin stadionunda beynəlxalq standartlara uyğun olimpiya sistemi əsasında baş tutacaq yarışda 50-yə yaxın idmançı mübarizə aparacaq. U-15 kateqoriyalı idmançılar 40 metr, böyüklər isə 70 metr məsafədən hədəfi nişan alacaqlar. Üç gün davam edəcək yarışın proqramına əsasən, sentyabrın 18-də idmançıların məşq və sınaq atışları, 19-da təsnifat və əsas seçmə mərhələləri, 20-də isə final qarşılaşmaları və mükafatlandırma mərasimi təşkil ediləcək. Çempionatda fərqlənən oxatanlar müvafiq dərəcəli diplom və medallarla təltif olunacaqlar. Şəffaflıq.az Geri qayıt |