Əsas Səhifə > XARİCİ XƏBƏR > Livanın Səhiyyə Nazirliyi: İsrailin hücumları nəticəsində 4 359 nəfər həlak olub
Livanın Səhiyyə Nazirliyi: İsrailin hücumları nəticəsində 4 359 nəfər həlak olubDünən, 23:11 |
|
Son 24 saat ərzində İsrail hərbçilərinin Livanın cənub-şərqində həyata keçirdiyi hücumlar nəticəsində beş nəfər həlak olub, daha 37 nəfər isə yaralanıb. Şəffaflıq.az-ın məlumatına görə, bu barədə Livanın Səhiyyə Nazirliyinin X sosial şəbəkəsində yayımladığı açıqlamada bildirilib. Hesabatda qeyd olunur: "Martın 2-də hərbi eskalasiyanın başlamasından bu yana həlak olan livanlıların ümumi sayı 4 359 nəfərə, yaralananların sayı isə 12 362 nəfərə çatıb". Qeyd edilir ki, tərəflər arasında iyunun 19-da elan edilmiş atəşkəsə baxmayaraq, İsrail Hərbi Hava Qüvvələri günün ikinci yarısında Vadi əs-Süluki və Vadi əl-Hoceyr vadilərində yerləşən yerüstü hədəflərə zərbələr endirib. Həmçinin Tsur şəhərinin ətrafında yerləşən Əl-Mənsuri qəsəbəsinə hava hücumları həyata keçirilib. Geri qayıt |