Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > İsrail Livana beş məhbusu təhvil verəcək
İsrail Livana beş məhbusu təhvil verəcəkBu gün, 16:37 |
|
İsrail ABŞ-nin vasitəçiliyi ilə Təl-Əviv və Beyrut arasında davam edən danışıqlar çərçivəsində bu gün beş məhbusu Livana qaytarmaq niyyətindədir. Şəffaflıq.az xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb. Bu addım İsrail və "Hizbullah" arasında münaqişənin dayandırılmasına yönəlmiş danışıqlar fonunda İsrailin jesti kimi qiymətləndirilir. Danışıqların növbəti raundunun bu ayın sonunda Romada keçirilməsi planlaşdırılıb. Daha əvvəl bildirilmişdi ki, Livan və İsrail livanlı məhbusların müqabilində livanlıların və israilli yəhudilərin meyitlərinin geri qaytarılması məsələsi üzrə ayrıca danışıqlar aparır. Geri qayıt |