Əsas Səhifə > ELM VƏ TƏHSİL > Şagirdlərin yerdəyişməsi prosesi dayandırılır

Şagirdlərin yerdəyişməsi prosesi dayandırılır


Bu gün, 16:31


Avqustun 20-dən başlayan şagirdlərin elektron yerdəyişməsi prosesi yekunlaşır.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, sy.edu.az elektron sistemi vasitəsilə ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi 7 sentyabr saat 12:00-da dayandırılacaq. Həmin müddətə qədər sorğu yerləşdirən valideynlər 10 sentyabr saat 15:00-a qədər övladlarının sənədlərini yerdəyişmə etdikləri ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər. Qeyd edək ki, yerdəyişmə prosesi başa çatdıqdan sonra tamamlanmayan sorğular və növbələr avtomatik olaraq sistem tərəfindən silinəcək.

Şəffaflıq.az


Geri qayıt