Əsas Səhifə > SİYASƏT > NATO və Azərbaycan minatəmizləmə üzrə yeni layihələr həyata keçirə bilər

NATO və Azərbaycan minatəmizləmə üzrə yeni layihələr həyata keçirə bilər


Dünən, 16:29


Azərbaycan və NATO Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) təşəbbüslərinə dəstək, məlumat və ekspert təcrübəsi mübadiləsi də daxil olmaqla, minalara qarşı mübarizə fəaliyyəti sahəsində yeni birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə edirlər.

Şəffaflıq.az xəbər verir ki, bu barədə NATO-nun Silahlara nəzarət, tərksilah və kütləvi qırğın silahlarının yayılmaması bölməsinin rəhbəri Eyrini Lemos-Mania Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycan Şimali Atlantika Alyansının mühüm tərəfdaşıdır və onların arasındakı əməkdaşlıq dərin və uzunmüddətli xarakter daşıyır.

"Biz minatəmizləmə sahəsindəki aidiyyəti icma ilə, bu sahədə aparıcı rol oynayan təşkilat kimi ANAMA, həmçinin müttəfiqlər və tərəfdaşlarla müzakirələr aparırıq. Biz sizin fəaliyyətinizə və digər təşəbbüslərə əlavə dəstək imkanlarını nəzərdən keçiririk", - Lemos-Mania deyib.

NATO nümayəndəsi minatəmizləmə sahəsində məlumat, informasiya, bilik və praktik təcrübə mübadiləsinin vacibliyini vurğulayıb.

Lemos-Manianın sözlərinə görə, ekspert təcrübəsinin ötürülməsinə və tərəfdaş ölkələrin potensialının gücləndirilməsinə getdikcə daha çox diqqət yetirilir.


Geri qayıt