Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Səudiyyə Ərəbistanına məxsus tankerə hücum edilib, iki dənizçi həlak olub
Səudiyyə Ərəbistanına məxsus tankerə hücum edilib, iki dənizçi həlak olubDünən, 13:58 |
|
Səudiyyə Ərəbistanının "Bahri" gəmiçilik şirkətinə məxsus SIDR tankeri Hörmüz boğazından keçərkən baş vermiş insident nəticəsində iki filippinli dənizçi həlak olub. Şəffaflıq.az xəbər verir ki, bu barədə "Bahri" şirkəti "X" sosial şəbəkəsində məlumat yayıb. "Bahri" təsdiq edir ki, şirkətə məxsus "SIDR" gəmisi 2026-cı il avqustun 31-də yerli vaxtla saat 23:40 radələrində Hörmüz boğazından keçərkən təhlükəsizliklə bağlı insidentlə üzləşib. "Bahri" insident nəticəsində iki filippinli heyət üzvünün həlak olmasını təsdiqləyir", - məlumatda bildirilib. Şirkət həlak olanların ailələrinə, yaxınlarına və həmkarlarına başsağlığı verib və onlara lazımi dəstəyin göstərildiyini qeyd edib. "Bahri" gəmi ilə əlaqə saxlamağa davam edir və müvafiq hakimiyyət orqanları, eləcə də dənizçilik sənayesinin nümayəndələri ilə fəaliyyətini koordinasiya edir, habelə vəziyyətin gedişini izləyir. Geri qayıt |