Əsas Səhifə > REGİON > Türkiyənin iki ticarət gəmisi Mərmərə dənizində toqquşub, itkin düşənlər var

Türkiyənin iki ticarət gəmisi Mərmərə dənizində toqquşub, itkin düşənlər var


Dünən, 10:34


Mərmərə dənizində Silivri şəhəri sahillərində Türkiyə bayrağı altında üzən iki ticarət gəmisi toqquşub.

Bu barədə Şəffaflıq.az Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, hadisə yerli vaxtla təxminən saat 03:00-da Silivridən təxminən 18 dəniz mili cənubda baş verib. Kocaelidən Aliağaya istiqamətində Türkiyə bayrağı altında üzən ALSU ticarət gəmisi İskəndərun Limanından Karadeniz Ereğliyə gedən Türkiyə bayrağı altında üzən TUĞBERK İMAMOĞLU ticarət gəmisi ilə toqquşub.

Qəza barədə məlumatdan sonra Sahil Mühafizəsi Xidməti, Mərmərə və Boğazlar Regional Komandanlığından çoxsaylı dəniz qüvvələri bölmələri, eləcə də Sahil Mühafizəsi helikopteri əraziyə göndərilib.

İlkin baxış zamanı ALSU gəmisində ziyanın olmadığı müəyyən edilib. Qeyd olunur ki, TUĞBERK İMAMOĞLU adlı ticarət gəmisinin göyərtəsindəki 10 heyət üzvü ilə əlaqə kəsilib.

Gəminin heyət üzvlərinin xilas olunması üçün bölgədəki dəniz və hava qüvvələri bölmələri tərəfindən axtarış-xilasetmə əməliyyatları davam etdirilir.


Geri qayıt