Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Nepalda daşqın qurbanlarının sayı 1127-yə çatıb
Nepalda daşqın qurbanlarının sayı 1127-yə çatıbDünən, 10:26 |
|
Nepalda dağıdıcı daşqınlar nəticəsində ölənlərin sayı 1 min 127-yə çatıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Nepal polisinə istinadən yerli media məlumat yayıb. Hazırda itkin düşmüş 4 min 858 nəfərin axtarışları davam etdirilir. Xatırladaq ki, avqustun 26-da səhər Nepalın şimalında güclü daşqın baş verib. İlkin məlumata görə, buna səbəb "Rasuvaqadi" sərhəd keçid məntəqəsindən təxminən 20 kilometr şimal-şərqdə Nepal-Çin sərhədində baş verən qaya uçqunu olub. Geri qayıt |