Əsas Səhifə > İnfrastruktur > Anar Quliyev Tərtərdə vətəndaşları qəbul edəcək

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul edəcək


Bu gün, 15:06


Sentyabrın 18-də Dövlət şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Tərtərdə vətəndaşları qəbul edəcək.

Şəffaflıq.az bu barədə Komitəyə istinadən xəbər verir.

Məlumata görə, qəbulda Tərtər, Ağcabədi, Ağdam, Bərdə və Laçın rayonlarının sakinləri iştirak edə bilərlər.

Vətəndaşlar qəbula gələrkən isə şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Vətəndaşlar qeydiyyatdan keçmək üçün 16 avqust 2026-cı il, saat 18:00-dək Komitənin office@arxkom.gov.az elektron poçt ünvanına yazıb və ya http://arxkom.gov.az rəsmi internet səhifəsindəki müraciət formasını doldurub göndərməklə, həmçinin (+994 12) 597 00 47 nömrəli "Qaynar xətt" və (+994 12) 595 13 50 nömrəli (daxili nömrə: 599, 578) telefonlara zəng edərək (I-V günlər, saat 09:00-18:00 arası) şifahi formada müraciət edə bilərlər.


Geri qayıt