Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Kolumbiyada yaraqlıların düşərgəsinə zərbə endirilib, onlarla şəxs öldürülüb
Kolumbiyada yaraqlıların düşərgəsinə zərbə endirilib, onlarla şəxs öldürülübBu gün, 11:23 |
|
Kolumbiya Hərbi Hava Qüvvələrinin (HHQ) qanunsuz silahlı qruplaşmalardan birinin bazasına endirdiyi aviazərbə nəticəsində 20 yaraqlı öldürülüb. Şəffaflıq.az xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində Kolumbiya lideri Abelardo de la Esprielya bildirib. "Quavyare departamentində silahlı qüvvələrimiz narkoterrorçu İvan Mordiskonun qruplaşmasının bazasına aviazərbə endirib. Bununla yanaşı, 20 yaraqlı öldürülüb, daha 5 nəfər nəzarətə götürülüb, həmçinin düşərgə ərazisində olan iki yetkinlik yaşına çatmayan şəxs azad edilib", - o qeyd edib. Kolumbiya lideri bildirib ki, ölənlər arasında əməliyyatın əsas hədəfi olan - Tiqr Sans ləqəbi ilə tanınan "Karolina Ramires" hücrəsinin komandiri müəyyən edilib: "O, cinayətkar Mordiskonun yaxın ətrafına daxil idi". Geri qayıt |