Əsas Səhifə > MEDİA > Azərbaycan mediasının nümayəndələri ŞƏT sammitini yerindən izləyir
Azərbaycan mediasının nümayəndələri ŞƏT sammitini yerindən izləyirBu gün, 09:09 |
|
Bu gün Qırğızıstanın Bişkek şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti sammiti keçirilir. Şəffaflıq.az xəbər verir ki, sammiti işıqlandırmaq üçün 500-dən çox yerli və xarici media nümayəndəsi akkreditasiyadan keçib. Onlardan 434-ü xarici jurnalistdir və ümumilikdə 115 media qurumunu təmsil edir. Çin, Hindistan, Rusiya, Qazaxıstan, Pakistan, Özbəkistan, İran və digər ölkələrdən jurnalistlər Bişkekə gəliblər. Azərbaycan mediasının nümayəndələri də sammiti yerindən izləyərək keçirilən görüşlər və qəbul olunan qərarlar barədə operativ məlumatlar təqdim edirlər. Geri qayıt |