Əsas Səhifə > Hadisə > Sabirabadda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edilib

Sabirabadda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edilib


Bu gün, 14:07


Sabirabadda narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 47 yaşlı Taryel Qasımov saxlanılıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Onun yaşadığı evin həyətindən aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 55 ədəd narkotik xassəli kol aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Geri qayıt