Əsas Səhifə > REGİON > Xabarovskdakı qızıl yatağında uçqun olub, bir nəfər ölüb, iki nəfər xəsarət alıb
Xabarovskdakı qızıl yatağında uçqun olub, bir nəfər ölüb, iki nəfər xəsarət alıbBu gün, 14:05 |
|
Xilasedicilər Rusiyanın Xabarovsk diyarındakı "Albazino" qızıl yatağında süxur uçqunu nəticəsində ölən bir nəfərin meyitini çıxarıblar. Şəffaflıq.az xəbər verir ki, bu barədə yerli media Rusiya İstintaq Komitəsinin Xabarovsk diyarı və Yəhudi Muxtar Vilayəti üzrə İstintaq İdarəsinə istinadən məlumat yayıb. Bundan əlavə, iki nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə avqustun 31-nə keçən gecə baş verib. İnsidentin bütün təfərrüatları müəyyənləşdirilir. Cinayət işi başlanılıb. Geri qayıt |