Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Qrand-Kanyonda daşqından sonra 15-ə yaxın adam itkin düşüb

Qrand-Kanyonda daşqından sonra 15-ə yaxın adam itkin düşüb


Bu gün, 09:33


ABŞ-nin Qrand-Kanyon milli parkında qəfil daşqından sonra təxminən 15 nəfər itkin düşmüş hesab olunur, onlarla insan təxliyə edilib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə avqustun 30-da ABŞ Milli Parklar Xidmətinə (NPS) istinadən "CBS News" məlumat yayıb.

Telekanalın məlumatına görə, qəfil daşqın iri qaya parçaları, metal konstruksiya və digər tullantıları Kolorado çayına yuyub apararaq kanyonun ayrı-ayrı hissələrinə ciddi ziyan vurub.

Milli parkın nümayəndələri Arizona İctimai Təhlükəsizlik Departamenti ilə birlikdə təxliyəni davam etdirir və axtarış işləri aparırlar. Mütəxəssislər zərərçəkmiş ərazidə ola biləcək insanların yerini müəyyənləşdirirlər.

Daha əvvəl səlahiyyətlilər daşqının vurduğu ciddi ziyandan sonra parkın məşhur turizm zonasından ən azı 62 nəfərin təxliyə edildiyini bildiriblər.


Geri qayıt