Əsas Səhifə > FUTBOL > Azərbaycan UEFA reytinqində Sloveniyanı geridə qoyaraq İsrailə çatıb
Azərbaycan UEFA reytinqində Sloveniyanı geridə qoyaraq İsrailə çatıbBu gün, 11:17 |
|
Azərbaycan UEFA reytinqində Sloveniyanı geridə qoyaraq İsrailə çatıb. Şəffaflıq.az-ın məlumatına görə, ötən gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşləri çərçivəsində "Hapoel"i (Beer-Şeva, İsrail) 5:2 hesabı ilə məğlub edən "Sabah" ölkənin əmsalını artırıb. Azərbaycan 23.687 əmsalla 25-ci pilləyə yüksəlib. Ölkə bununla da 22.843 əmsala malik Sloveniyanı geridə qoyub. 24-cü pillədə isə İsrail (23.750) qərarlaşıb. Xatırladaq ki, hazırda reytinq cədvəlinə 101.907 əmsalla İngiltərə başçılıq edir. Geri qayıt |