Əsas Səhifə > SİYASƏT > Kəmaləddin Heydərov Kəlbəcərdə vətəndaş qəbulu keçirəcək
Kəmaləddin Heydərov Kəlbəcərdə vətəndaş qəbulu keçirəcəkBu gün, 11:14 |
|
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov avqustun 28-də Kəlbəcər şəhərində, Kəlbəcər şəhər 1 №-li tam orta məktəbin binasında saat 10:00-dan Kəlbəcər və Laçın rayonları sakinlərini qəbulu edəcək. Bu barədə nazirlikdən məlumat verilib. Bildirilib ki, qəbula gələn vətəndaşların qeydiyyatı avqustun 27-i Kəlbəcər şəhər 1 №-li tam orta məktəbin binasında saat 09:00-da başlayacaq. Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər. Şəffaflıq.az Geri qayıt |