Əsas Səhifə > EKOLOGİYA > Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq
Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaqBu gün, 12:38 |
|
Bakıda və Abşeron yarımadasında avqustun 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturu gecə 22-26° isti, gündüz 29-32° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti, dağlarda gecə 15-20° isti, gündüz 22-27° isti olacaq. Şəffaflıq.az Geri qayıt |