Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Rusiyanın Xarkova zərbələri nəticəsində 5 nəfər ölüb

Rusiyanın Xarkova zərbələri nəticəsində 5 nəfər ölüb


Bu gün, 11:28


Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov şəhərinə endirdiyi zərbələr nəticəsində 5 nəfər həlak olub, 17 nəfər yaralanıb.

Şəffaflıq.az "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib.

Onun sözlərinə görə, zərbələr şəhərə və 16 yaşayış məntəqəsinə endirilib.


Geri qayıt