Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Börnhemin dəftərxanası "SCALP" istehsalı üçün məxfi məlumatların Kiyevə veriləcəyini açıqlayıb

Börnhemin dəftərxanası "SCALP" istehsalı üçün məxfi məlumatların Kiyevə veriləcəyini açıqlayıb


Bu gün, 10:11


Britaniyanın Baş naziri Endi Börnhem uzaqmənzilli "SCALP" qanadlı raketlərinin Ukrayna ərazisində istehsalı üçün zəruri olan məxfi məlumatların Ukraynaya verilməsi qərarını elan etmək niyyətindədir.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Böyük Britaniya Baş nazirinin dəftərxanasının saytındakı bəyanatda deyilir.

"Baş nazir hökumət "MBDA" müdafiə şirkətinin uzaqmənzilli "SCALP" raketi üçün Britaniya komponentlərinə dair məxfi məlumatları ötürə bilməsi ilə razılaşdığını elan etməyi düşünür, çünki Ukrayna və Fransa Ukraynada yerli yığım xəttləri yaratmağı planlaşdırır", - sənəddə bildirilib.

Qeyd olunub ki, Börnhem avqustun 24-də Kiyevə səfər edəcək.

"SCALP" (Britaniyanın "Storm Shadow" qanadlı raketinin Fransa analoqu) havadan buraxılan idarəolunan raketdir. O, turboreaktiv mühərrik, infraqırmızı özütuşlama sistemi və GPS dəstəkli göyərtə hesablama modulu ilə təchiz edilib. Raket son dərəcə aşağı hündürlüklərdə - 30-dan 40 metrə qədər yüksəkliklərdə uçmaq qabiliyyətinə malikdir.


Geri qayıt