Əsas Səhifə > Hadisə > Sabirabadda baş verən qəzada bir nəfər ölüb, iki nəfər xəsarət alıb

Sabirabadda baş verən qəzada bir nəfər ölüb, iki nəfər xəsarət alıb


Bu gün, 10:06


Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan magistral yolunun rayonun Nizami kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı Saatlı rayon sakini, 1991-ci il təvəllüfdlü Mehdiyeva Fəridə Ənvər qızı ölüb, 1965-ci il təvəllüdül Hüseynova Safurə Əli qızı və daha bir azyaşlı xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt