Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Rusiya Ukraynaya kütləvi zərbələr endirib, ölənlər var

Rusiya Ukraynaya kütləvi zərbələr endirib, ölənlər var


Bu gün, 10:14


Rusiya qoşunları avqustun 20-ə keçən gecə Ukraynanın paytaxtə Kiyevə və Kiyev vilayətinə ballistik və hipersəsli "Sirkon" raketləri, eləcə də dronlardan istifadə edərək kütləvi zərbə endirib.

Şəffaflıq.az-ın xəbərinə görə, bu barədə Kiyev meri Vitali Kliçko, Kiyev Şəhər Hərbi Administrasiyası və Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Kiyevə hücum zamanı üç nəfər həlak olub, daha 20 nəfər yaralanıb, onlardan 14-ü xəstəxanaya yerləşdirilib.

Ukrayna paytaxtının Solomensk rayonunda doqquzmərtəbəli yaşayış binasına ziyan dəyib, yuxarı mərtəbələri dağılıb və yanğın baş verib. Məktəb binası və uşaq xəstəxanası da zərər görüb. Svyatoşinski rayonunda anbarlar, Darnitskidə isə qeyri-yaşayış binaları yanıb. Svyatoşinski və Solomyanski rayonlarının bəzi hissələri elektriksiz qalıb.

Kiyev vilayətinin Brovarı rayonunda bir nəfər ölüb, daha bir nəfər yaralanıb. Sənaye obyektinə ziyan dəyib, yanğın baş verib.

Bundan əlavə, Rusiya qoşunları Jitomirə reaktiv dronlarla hücum edib. Milli Polis Qərargahının binasına zərbə endirilib. Milli Polis Rəisi vəzifəsini icra edən Maksim Suskiridzenin sözlərinə görə, iki polis əməkdaşı ölüb, azı 20 nəfər yaralanıb.


Geri qayıt