Əsas Səhifə > Hadisə > Samuxda qidadan olduğu ehtimal edilən kütləvi zəhərlənmə qeydə alınıb

Samuxda qidadan olduğu ehtimal edilən kütləvi zəhərlənmə qeydə alınıb


Bu gün, 09:55


Samux rayonunda qidadan olduğu ehtimal edilən kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.

Şəffaflıq.az-ın məlumatına görə, rayonun Alıuşağı kəndindən 5 nəfər Gəncə Abbas Səhhət adına Birləşmiş Xəstəxananın infeksion xəstəliklər şöbəsinə yerləşdirilib.

İlkin məlumata görə, həmin şəxslərin ət məhsulundan zəhərləndiyi ehtimal olunur. Zərərçəkənlərin Kəlbəcər, Daşkəsən və Gəncə şəhər sakinləri olduğu bildirilir.

Zəhərləndiyi iddia edilən Seymur Əliyev (1984), Elçin Cabbarov (1986), Mehriban Orucova, (1975), Azər Allahverdiyev (1980), Məlahət Allahverdiyeva (1976) xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma başlanılıb.


Geri qayıt