Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Xersonda dron hücumu nəticəsində iki nəfər ölüb
Xersonda dron hücumu nəticəsində iki nəfər ölübBu gün, 09:08 |
|
Ukraynanın cənubunda yerləşən Xerson şəhərində dron hücumu nəticəsində iki nəfər həlak olub. Şəffaflıq.az xəbər verir ki, bu barədə Xerson vilayəti hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin məlumat verib. Onun sözlərinə görə, Rusiya hərbçiləri Xersonun Korabel rayonunda iki kişiyə pilotsuz uçuş aparatı ilə hücum edib. Zərbə nəticəsində hər iki şəxs ölümlə nəticələnən xəsarətlər alıb. Həlak olan şəxslərin kimliyi müəyyənləşdirilir. Geri qayıt |