Əsas Səhifə > Hadisə > Kürdə batan gəncin meyiti tapılıb

Kürdə batan gəncin meyiti tapılıb


Bu gün, 09:00


Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində batan gəncin meyiti tapılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, 12 avqust 2026-cı il tarixində Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində batan 2005-ci il təvəllüdlü Abdullayev Təhməz Natiq oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən batdığı yerdən 1.5 km aralı suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Şəffaflıq.az


Geri qayıt