Əsas Səhifə > SİYASƏT > Kamran Əliyev Qubada vətəndaşları qəbul edəcək

Kamran Əliyev Qubada vətəndaşları qəbul edəcək


Bu gün, 12:17


Baş prokuror Kamran Əliyev cari il avqustun 18-də, saat 10:00-da Quba rayon prokurorluğunun inzibati binasında Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayon sakinlərinin qəbulunu keçirəcək.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Quba rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli telefonları, contact@prosecutor.gov.az elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri ("Instagram", "Facebook" və "X") vasitəsilə də qəbula yazıla bilərlər.

Şəffaflıq.az


Geri qayıt