Əsas Səhifə > Hadisə > Balakəndə dünən baş verən zəncirvari qəzada ölənlərin sayı 4-ə çatıb
Balakəndə dünən baş verən zəncirvari qəzada ölənlərin sayı 4-ə çatıbBu gün, 12:10 |
|
Balakən rayonunda avqustun 10-da baş verən zəncirvari qəzada xəsarət alan şəxslərdən daha biri ölüb. Şəffaflıq.az-ın məlumatına görə, hadisə nəticəsində xəsarət alan 1975-ci il təvəllüdlü Yaşar Mahamarəsul oğlu Mütəllibov müalicə olunduğu xəstəxanada həyatını itirib. Qeyd edək ki, qəza zamanı üç avtomobil toqquşub, üç nəfər ölüb, iki nəfər xəsarət alıb. Geri qayıt |