Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Rusiya Sumı və Dnepropetrovska zərbə endirib: ölənlər və xəsarət alanlar var
Rusiya Sumı və Dnepropetrovska zərbə endirib: ölənlər və xəsarət alanlar varBu gün, 10:02 |
|
Rusiya Ukraynanın Sumı və Dnepropetrovsk vilayətlərinə zərbələr endirib, nəticədə 3 nəfər həlak olub, 30 nəfər yaralanıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin mətbuat xidməti və Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja məlumat verib. Məlumata görə, ötən sutka ərzində Rusiyanın Sumı vilayətinə hücumları nəticəsində 25 nəfər xəsarət alıb. Bundan başqa, Rusiya qoşunları pilotsuz uçuş aparatları və artilleriyadan istifadə etməklə Dnepropetrovsk vilayətinin beş rayonuna 20 dəfədən çox zərbə endirib. Nəticədə 3 nəfər həlak olub, 5 nəfər yaralanıb. A.Qanjanın sözlərinə görə, ölənlər və xəsarət alanlar arasında uşaqlar da var. Geri qayıt |