Əsas Səhifə > Hadisə > Balakəndə avtomobillərin toqquşması nəticəsində 3 nəfər ölüb, 2-si yaralanıb
Balakəndə avtomobillərin toqquşması nəticəsində 3 nəfər ölüb, 2-si yaralanıbBu gün, 11:00 |
|
Balakən rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan iki kişi Balakən Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub. Hazırda müalicələri Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri ağır qiymətləndirilir. Hadisə nəticəsində üç nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb. Şəffaflıq.az Geri qayıt |