Əsas Səhifə > İnfrastruktur > Rusiyadan Ermənistana buğda daşıyan yük qatarı Biləcəridən yola düşüb
Rusiyadan Ermənistana buğda daşıyan yük qatarı Biləcəridən yola düşübBu gün, 13:16 |
|
Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya buğdası daşıyan 14 vaqondan ibarət yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşüb. Şəffaflıq.az xəbər verir ki, tədarük edilən taxılın ümumi çəkisi 979 tondur. Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək. İndiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 36 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1 136 ton propan, 133 ton alüminium, 414 ton antrasit və 67 min ton taxta materialları göndərilib. Eyni zamanda, indiyə qədər Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın "Aİ-92" və "Aİ-95" benzini ixrac olunub. Geri qayıt |