Əsas Səhifə > Hadisə > Xırdalanda ər və arvad bir-birini bıçaqlayıb, ikisi də ölüb

Xırdalanda ər və arvad bir-birini bıçaqlayıb, ikisi də ölüb


Bu gün, 16:17


Xırdalan şəhərində ər və arvad arasında baş verən mübahisə hər ikisinin ölümü ilə nəticələnib.

Şəffaflıq.az xəbər verir ki, ər və arvad arasında yaşadıqları evdə başlayan mübahisə sonda onların bir-birini bıçaqlaması ilə yekunlaşıb.

Nəticədə kişi aldığı xəsarətlərdən evdə ölüb, qadın isə ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda ölən şəxslərin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt