Əsas Səhifə > SİYASƏT > Ramin Məmmədov Kəlbəcərdə vətəndaşları qəbul edib
Ramin Məmmədov Kəlbəcərdə vətəndaşları qəbul edibBu gün, 15:41 |
|
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Kəlbəcər şəhərində vətəndaşları qəbul edib. Bu barədə komitədən məlumat verilib. Qeyd edilib ki, qəbul zamanı vətəndaşlar İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyinatı, maarifləndirmə işinin genişləndirilməsi, dini təhsil, işlə təmin olunma, eləcə də digər məsələlərlə bağlı müraciət ediblər. Vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli ilə bağlı Komitənin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib. Şəffaflıq.az Geri qayıt |