Əsas Səhifə > ELM VƏ TƏHSİL > Bağçalara növbəyə yazılma prosesi müvəqqəti dayandırılır

Bağçalara növbəyə yazılma prosesi müvəqqəti dayandırılır


Bu gün, 15:20


2026-2027-ci tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrində qrupların komplektləşdirilməsi məqsədilə yeni növbələrin yaradılması prosesi avqustun 5-dən etibarən müvəqqəti olaraq dayandırılır.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qrupların komplektləşdirilməsi başa çatdıqdan sonra boş qalan yerlər üzrə qəbul il ərzində davam etdiriləcək.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi "mygov" portalı vasitəsilə elektron qaydada həyata keçirilir.


Geri qayıt