Əsas Səhifə > İdman > Azərbaycanın yeniyetmə boksçuları Şamaxıda toplanışa başlayıb
Azərbaycanın yeniyetmə boksçuları Şamaxıda toplanışa başlayıbBu gün, 15:16 |
|
Boks üzrə yeniyetmələrdən ibarət Azərbaycan millisi Şamaxıda təlim-məşq toplanışına başlayıb. Bu barədə Azərbaycan Boks Federasiyasından bildirilib. Məşqçilər korpusu hazırlıq prosesinə U-17 Azərbaycan çempionatında özlərini yaxşı tərəfdən göstərən boksçuları cəlb edib. 22 idmançının yer aldığı məşqlərdə əsas diqqət taktiki hazırlığa yönələcək. Qeyd edək ki, Avropa çempionatına hazırlıq xarakteri daşıyan toplanış avqustun 17-də yekunlaşacaq. Şəffaflıq.az Geri qayıt |