Əsas Səhifə > FUTBOL > Braziliyada 15 yaşlı futbolçu yoldaşlıq oyunu zamanı qətlə yetirilib

Braziliyada 15 yaşlı futbolçu yoldaşlıq oyunu zamanı qətlə yetirilib


Bu gün, 09:56


Braziliyanın "Sentro Sportivo Alaqoano" klubunun gənclər komandasının 15 yaşlı futbolçusu Mikael Leandro da Silva yoldaşlıq oyunu zamanı qətlə yetirilib.

Şəffaflıq.az "Globo"ya istinadən xəbər verir ki, hadisə Maseyo şəhərində baş verib.

Atışma nəticəsində yeniyetmə idmançı ilə yanaşı, digər şəxslər də xəsarət alıblar.

Mülki polis əməkdaşları şahidlərin dindirilməsinə başlayıb. Cinayətin narkotik alveri ilə məşğul olan qruplaşmalar tərəfindən törədildiyi bildirilib.


Geri qayıt