Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Lixtenşteyndə dövlət reyestrinə kiberhücum təşkil edilib
Lixtenşteyndə dövlət reyestrinə kiberhücum təşkil edilibBu gün, 08:45 |
|
Lixtenşteyn Knyazlığı genişmiqyaslı haker hücumuna məruz qalıb, nəticədə təxminən 31 min hüquqi şəxsin məlumatları ələ keçirilib. Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkə hökuməti məlumat yayıb. Qeyd olunub ki, kiberhücumun obyekti çirkli pulların yuyulmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması üçün istifadə edilən benefisiar sahiblərin dövlət reyestri olub. İyulun 30-na keçən gecə təcavüzkarlar məlumat bazasına icazəsiz giriş əldə ediblər. Hökumətin məlumatına görə, məlumatların dəyişdirilməsi və ya silinməsi əlamətləri aşkar edilməyib. İnsidentlə əlaqədar xüsusi böhran qrupu yaradılıb. Geri qayıt |