Əsas Səhifə > REGİON > Rusiya Dnepropetrovska zərbələr endirib, iki nəfər ölüb, üç nəfər yaralanıb
Rusiya Dnepropetrovska zərbələr endirib, iki nəfər ölüb, üç nəfər yaralanıbDünən, 12:01 |
|
Rusiyanın Ukraynanın Dnepropetrovsk vilayətinin Nikopol rayonuna endirdiyi zərbələr nəticəsində iki nəfər ölüb, daha üç nəfər yaralanıb. Şəffaflıq.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidməti məlumat yayıb. Xilasedicilər zərərçəkənlərdən birini təhlükəli zonadan təxliyə edərək tibb müəssisəsinə çatdırıblar. Hücumlar nəticəsində müəssisə və avtomobillər zədələnib. Eyni zamanda, Dnepr, Pavloqrad və Sinelnikovo rayonları da zərbələrə məruz qalıb, orada qida sənayesi müəssisəsinin və kənd sovetinin binaları, təhsil müəssisəsi, fərdi evlər və mağazalar zədələnib. Geri qayıt |