Əsas Səhifə > SİYASƏT > Azərbaycan və Qırğızıstan birgə inkişaf fondunun nizamnamə kapitalını 200 milyon dollara qədər artıracaq

Azərbaycan və Qırğızıstan birgə inkişaf fondunun nizamnamə kapitalını 200 milyon dollara qədər artıracaq


Dünən, 09:50


Azərbaycan və Qırğızıstan Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun nizamnamə kapitalının 200 milyon dollara qədər artırılması barədə razılığa gəlib.

Şəffaflıq.az-ın verdiyi məlumata görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata birgə bəyanatında bildirib.

"Biz bu gün birgə Azərbaycan-Qırğızıstan İnvestisiya Fondunun maliyyə tərkibini iki dəfə - 200 milyon dollaradək artırmaq barədə razılığa gəldik. Əminəm ki, bu da son hədd deyil, çünki fondun fəaliyyəti ilə bağlı bizə təqdim olunan həmin təqdimat onun konkret məzmunla dolduğunu göstərir", - İlham Əliyev əlavə edib.


Geri qayıt