Əsas Səhifə > REGİON > ETTELAAT-ın Əhvazdakı binası ABŞ-nin hücumuna məruz qalıb

ETTELAAT-ın Əhvazdakı binası ABŞ-nin hücumuna məruz qalıb


Bu gün, 13:25


İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Əhvaz şəhərindəki bölməsi ABŞ-nin hücumuna məruz qalıb.

Şəffaflıq.az-ın İRNA-ya istinadən xəbər verir ki, bu barədə Xuzestan əyaləti qubernatorunun təhlükəsizlik və hüquq-mühafizə orqanları xidmətinin rəis müavini Vəliullah Həyati iyulun 30-da məlumat verib.

Onun sözlərinə görə, Xuzestan əyalətinin bəzi rayonları, o cümlədən Əhvaz, Abadan, Şadeqan və Ərvəndkənar şəhərləri raket atəşinə məruz qalıb.

V.Həyati hadisənin miqyasının araşdırıldığını bildirərək əlavə edib ki, təfərrüatlar, mümkün zərərin miqyası, uyğun başqa məlumatlar barədə əlavə informasiya sonradan rəsmi orqanlar tərəfindən təqdim ediləcək.

Məlumata görə, Əhvaza endirilmiş raket zərbəsi nəticəsində 4 nəfər ölüb, 5 nəfər yaralanıb.

İnformasiyalara əsasən, Əhvazın Gülüstan Xiyabanı rayonundakı İran İslam İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) Kəşfiyyat İdarəsinin binası da ABŞ-nin hücumuna məruz qalıb. Hadisə nəticəsində bina dağılıb.


Geri qayıt