Əsas Səhifə > REGİON > Qara dənizdə CPC terminalı yaxınlığında iki tanker hücuma məruz qalıb
Qara dənizdə CPC terminalı yaxınlığında iki tanker hücuma məruz qalıbBu gün, 12:27 |
|
Ukrayna Silahlı Qüvvələri Qara dənizdə Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) terminalı yaxınlığında iki tankerə hücum edib. Şəffaflıq.az-ın Qazaxıstan mediasına istinadən xəbər verir ki, bu barədə şirkət məlumat yayıb. Terminalda neftin yüklənməsi dayandırılıb, neft kəmərinin obyektləri normal rejimdə işləyir. CPC və podratçı təşkilatların əməkdaşları arasında xəsarət alan və ölən yoxdur. Bundan əlavə, əvvəlki Ukrayna hücumundan sonra iyulun 27-də CPC tankerlərə neftin nəqlini bərpa etmişdi. Qazaxıstanın neft ixracının 80 %-dən çoxu bu marşrutun payına düşür. Geri qayıt |