Əsas Səhifə > REGİON > Gürcüstandan azərbaycanlılar da daxil 96 əcnəbi deportasiya edilib
Gürcüstandan azərbaycanlılar da daxil 96 əcnəbi deportasiya edilibBu gün, 11:40 |
|
Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsinin əməkdaşları son günlər keçirilən tədbirlər nəticəsində 96 xarici vətəndaşı ölkədən çıxarıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Məlumata görə, Miqrasiya İdarəsi nazirliyin müvafiq bölmələri ilə koordinasiyalı şəkildə həyata keçirdiyi kompleks tədbirlər nəticəsində Səudiyyə Ərəbistanı, Azərbaycan, Türkmənistan, Türkiyə, Çin, Rusiya, Hindistan, Misir, Sudan, İraq, Küveyt, Nigeriya, Belarus, Kuba, Fil Dişi Sahili, Madaqaskar, Albaniya, Özbəkistan, Livan, Mərakeş, İordaniya, Tailand və digər ölkələrin ümumilikdə 96 vətəndaşını Gürcüstandan deportasiya edib. Nazirlik bildirib ki, qüvvədə olan qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin Gürcüstana yenidən girişinə qadağa qoyulub. Geri qayıt |