Əsas Səhifə > XARİCİ XƏBƏR > Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb


Bu gün, 10:50


Hindistanın şimal-şərqindəki Assam ştatında daşqınlar nəticəsində ölənlərin sayı 78-ə çatıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə ştatın fövqəladə hallar idarəsinə istinadən Hindistan mediası məlumat yayıb.

Bildirilib ki, 300 mindən çox sakin fəlakət zonasındadır. Eyni zamanda, 551 yaşayış məntəqəsi su altında qalıb. Ən ağır vəziyyət təbii fəlakətdən 137 mindən çox insanın zərər çəkdiyi Çaraydeo dairəsində davam edir.

Daşqınlar yollara, yaşayış evlərinə, məktəblərə və digər infrastruktura ziyan vurub.


Geri qayıt