Əsas Səhifə > ELM VƏ TƏHSİL > Sabah Bakıdakı 5 məktəbə tədrisi digər dildə aparılan bölmələr üzrə sərbəst qəbul başlayır
Sabah Bakıdakı 5 məktəbə tədrisi digər dildə aparılan bölmələr üzrə sərbəst qəbul başlayırBu gün, 10:08 |
|
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 5 məktəbdə boş qalan yerlərə sərbəst (prioritetsiz) qəbul aparılacaq. Bu barədə BŞTİ-dən məlumat verilib. Bildirilib ki, iyulun 29-u saat 11:00-dan etibarən tədrisi digər dildə aparılan bölmə üzrə uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 5 məktəbdə boş qalan yerlərə sərbəst (prioritetsiz) qəbul aparılacaq. Qeyd edilən tarixdən sonra məktəb və müəllim seçimində üstünlük hüququ nəzərə alınmayacaq. Müvafiq ümumi təhsil müəssisələrinin siyahısı: Bakı şəhəri Tahir Həsənov adına 23 nömrəli tam orta ümumtəhsil məktəbi Bakı şəhəri Tofiq İsmayılov adına 6 nömrəli məktəb-lisey Bakı şəhəri "Zəngi" liseyi Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi Bakı şəhəri 132-134 nömrəli Təhsil Kompleksi Şəffaflıq.az Geri qayıt |