Əsas Səhifə > REGİON > Kastamonuda daşqına görə sakinlərin təxliyəsinə başlanılıb

Kastamonuda daşqına görə sakinlərin təxliyəsinə başlanılıb


Bu gün, 10:15


Türkiyənin Kastamonu vilayətinin Cide rayonunda leysandan sonra yaranan daşqına görə 12 nəfər təxliyə edilib, Doğanyurt rayonunda isə sürüşmə səbəbindən 6 kənd yolu nəqliyyata bağlanıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Şəhər üzrə 112 Təcili Çağrı Mərkəzinə 239 müraciətin daxil olduğu bildirilib. Türkiyənin fəlakətlərə müdaxilə qrupları hazır vəziyyətə gətirilib.

"Cide rayonunda ehtiyat tədbir məqsədilə elektrik enerjisinin verilişi dayandırılıb, Meşə İdarəetmə Müdirliyində böhran mərkəzi yaradılıb", - məlumatda bildirilib.

Vilayət üzrə 296 nəqliyyat vasitəsi və iş maşını, 20 motopompa və 445 nəfər şəxsi heyət cəlb edilib. Sahil zolağındakı riskli ərazilərdə axtarış-xilasetmə qrupları ilə qurumlara məxsus nəqliyyat vasitələri və iş maşınları yerləşdirilib.

Xatırladaq ki, yağışla bağlı narıncı xəbərdarlıq verilən vilayətin Cide rayonunda Devrekani çayı daşıb.


Geri qayıt