Əsas Səhifə > SAĞLAMLIQ > İcbari tibbi sığorta fondunun vəsaitləri sərbəst vəsaitlərə aid ediləcək
İcbari tibbi sığorta fondunun vəsaitləri sərbəst vəsaitlərə aid ediləcəkBu gün, 15:22 |
|
İcbari tibbi sığorta şəhadətnaməsi elektron formada müvafiq elektron informasiya sistemində yaradılacaq. Şəffaflıq.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Tibbi sığorta haqqında" və "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanunlara dəyişikliyi təsdiqləyib. Qanun Prezidentin 2026-cı il 19 mart tarixli 631 nömrəli "Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Fərmanının icrası məqsədilə hazırlanıb. Dəyişikliklə "Tibbi sığorta haqqında" qanuna icbari tibbi sığorta fondu anlayışı əlavə edilib. Bununla bərabər icbari tibbi sığortanın tətbiqi ilə bağlı əməliyyatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemi vasitəsilə elektron qaydada həyata keçirilməsinin hüquqi əsaslarının müəyyən edilməsi, o cümlədən, sığortaolunanlara ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin aptek təşkilatları tərəfindən həmin informasiya sisteminə ötürülmüş elektron resept əsasında buraxılacaq. Mövcud dəyişikliklə əlaqəli Prezidentin imzaladığı Fərmana görə, müvafiq "orqan (qurum)" dedikdə Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur. Fərmanla nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində "İcbari tibbi sığorta" altsistemi yaradılacaq. Altsistemin formalaşdırılması 2027-ci il yanvarın 1-dək təmin edilməlidir. Nazirlər Kabineti icbari tibbi sığorta fondunun vəsaitlərinin sərbəst vəsaitlərə aid edilməsi və həmin vəsaitlərlə investisiya əməliyyatlarının aparılması qaydasının layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim edəcək. Geri qayıt |