Əsas Səhifə > İnfrastruktur > İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrin nümunəvi strukturu və ştat vahidləri təsdiqlənib
İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrin nümunəvi strukturu və ştat vahidləri təsdiqlənibBu gün, 15:07 |
|
Nazirlər Kabineti işğaldan azad edilmiş ərazilərdə bərpa, tikinti və idarəetmə xidmətlərini həyata keçirən müəssisələrin nümunəvi strukturunu və ştat vahidlərini təsdiq edib. Şəffaflıq.az xəbər verir ki, bununla bağlı baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, işğaldan azad edilmiş 1 inzibati ərazi vahidi üzrə (Şuşa şəhəri Dövlət Qoruğu İdarəsi istisna olmaqla) bərpa, tikinti və idarəetmə xidmətlərini həyata keçirən müəssisələrin nümunəvi strukturu və ştat vahidləri, eləcə də işğaldan azad edilmiş 3 inzibati ərazi vahidi üzrə bərpa, tikinti və idarəetmə xidmətlərini həyata keçirən müəssisələrin nümunəvi strukturu və ştat vahidləri təsdiq edilib. Geri qayıt |