Əsas Səhifə > SİYASƏT > Xankəndidə səyyar ASAN xidmət təşkil olunub
Xankəndidə səyyar ASAN xidmət təşkil olunubBu gün, 11:37 |
|
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən növbəti Səyyar ASAN xidmət Xankəndi şəhərində təşkil edilib. Bu barədə agentlikdən məlumat verilib. Bildirilib ki, iyulun 23-dək vətəndaşlar şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat xidmətləri, əmlak xidmətləri və əmək pensiyalarının təyin edilməsi xidmətlərindən yararlana bilirlər. Məlumatda qeyd olunub ki, əsas məqsəd harada yaşamasından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının dövlət xidmətlərinə əlçatanlığını təmin etmək və heç kəsin bu xidmətlərdən kənarda qalmamasına nail olmaqdır. Qeyd edək ki, bu günədək Səyyar ASAN xidmət çərçivəsində Zəngilan rayonunun Ağalı kəndində, Tərtər rayonunun Talış kəndində və Cəbrayılda vətəndaşlar səyyar xidmətlərdən yararlanıblar. Şəffaflıq.az Geri qayıt |