Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Ukrayna Moskva ətrafında hərbi-sənaye kompleksi müəssisəsinə zərbə endirib
Ukrayna Moskva ətrafında hərbi-sənaye kompleksi müəssisəsinə zərbə endiribDünən, 16:19 |
|
Ukrayna "Rostex" dövlət korporasiyasının strukturuna daxil olan və Moskva ətrafındakı Podolsk şəhərində yerləşən Mərkəzi Dəqiq Maşınqayırma Elmi-Tədqiqat İnstitutuna pilotsuz uçuş aparatı ilə zərbə endirib. Bu barədə Şəffaflıq.az Ukrayna mediasına istinadən xəbər verir. Məlumata görə, Klimovsk mikrorayonundakı müəssisə zərbəyə məruz qalıb, bundan sonra onun ərazisində yanğın baş verib. Həmin institut atıcı silahların, döyüş təchizatının və döyüş sursatlarının hazırlanması üzrə ixtisaslaşıb. Müəssisədə xüsusilə "Ratnik" döyüş təchizatı, "Val" avtomatı, "Vintorez" snayper tüfəngi və SR-1 "Gürza" tapançası hazırlanır. İnstitut Avropa İttifaqı, ABŞ, Ukrayna, Kanada, Yaponiya, İsveçrə və Yeni Zelandiyanın sanksiyaları altındadır. Geri qayıt |