Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Oman sahillərində gəmi vurulub, yanğın baş verib

Oman sahillərində gəmi vurulub, yanğın baş verib


Dünən, 16:16


Qumzardan (Oman) 8 dəniz mili şimal-qərbdə gəmiyə mərmi düşməsindən sonra yanğın baş verib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Əməliyyatları Mərkəzinin (UKMTO) məlumatında deyilib.

"Gəmi naməlum mərmi ilə vurulub. Ekipaj gəmini sağ-salamat tərk edib. Yanğın söndürülməyib, gəmi hazırda dreyf edir. Ətraf mühitə təsir barədə məlumat daxil olmayıb", - mərkəzdən bildirilib.

UKMTO bu ərazidən keçərkən ehtiyatlı olmağı və hər hansı şübhəli fəaliyyət barədə məlumat verməyi tövsiyə edib.


Geri qayıt